22.5 C
Bakı
29 İyun 2026 04:44
Siyasət

Levon Ter-Petrosyanın evində KRİTİK GÖRÜŞ: “Azərbaycan və Türkiyə ilə…” – FOTO

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan və Karo Paylan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması perspektivlərindən danışıblar.

Bu barədə eks-prezidentin mətbuat katibi Arman Musinyan öz “Facebook” səhifəsində yazıb.

“Bu gün, oktyabrın 10-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şəxsi evində polşalı erməni siyasətçi, Türkiyə parlamentinin keçmiş deputatı Karo Paylanı qəbul edib”.

“Söhbət əsasən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması perspektivlərindən gedib. Hər iki siyasətçi bu məqsədlərə nail olmaq üçün prioritet addım kimi Ermənistanda daxili siyasi gərginliyin təcili aradan qaldırılmasının vacibliyini vurğulayıb”, – məlumatda deyilir.

Görüşdə Ermənistan Birinci Prezident Aparatının direktoru Avetis Avaqyan da iştirak edib. (Ölkə)

Tacxeber.com

Oxşar xəbərlər

Lavrovu ATƏT xarici işlər nazirlərinin görüşünə buraxmadılar

admin

“Rusiya bu müharibədə uduzsa…” – Duqindən şok hədə

admin

İsrail naziri Azərbaycana başsağlığı verib: Yanınızdayıq və hər cür yardıma hazırıq

redaktor