18 C
Bakı
11 Oktyabr 2026 02:18
Siyasət

İsrailə qarşı sərt ittiham – Ərdoğanı müdaxiləyə çağırdı

“Qəzzada Fələstin xalqına qarşı soyqırımı başlayıb”.

Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

Venesuela lideri İsraili bundan əvvəl də dəfələrlə Qəzzada “qırğınlar törətmək”də ittiham edib:

“Qəzzada dinc əhalinin yaşadığı binalar fərq qoymadan vurulur, hər yer bombalanır, qadınlar və uşaqlar hər gün ölür. Mən dünyadakı bütün müsəlman qardaşlarıma, xristianlara və yəhudilərə səslənirəm, gəlin BMT-ni dərhal atəşkəsə çağıraq”.

Maduro sülh danışıqlarının mümkün qədər tez başlamalı olduğunu və BMT qətnamələrinə hörmətlə yanaşan müstəqil və suveren Fələstin dövlətinin qurulmasının vacibliyini bildirib.

Fələstin xalqını hər zaman müdafiə edəcəklərini söyləyən Maduro Fələstin başçısı Mahmud Abbasın ikidövlətli həll çağırışını da dəstəklədiklərini vurğulayıb.

Venesuela lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail və Fələstinlə bağlı açıqlamalarını da dəstəkləyib:

“Prezident Rəcəb Tayyib Ərdoğanla tamamilə razıyam. Son dərəcə sağlam sözlər işlədir. BMT qərarlarına hörmət edən ədalətli və tam sülh təmin edilməlidir. İnanıram ki, Ərdoğan lider olaraq bu vəziyyətə müdaxilə edə, atəşkəsin əldə olunmasını təmin edə və ədalətli sülhə təşəbbüs göstərə bilər”. (Teleqram)

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya dizelinə qarşı ABŞ sanksiyalarının müvəqqəti götürülməsi haqda

redaktor

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor

Yəməndə dəyişən hərbi-siyasi vəziyyət “Məkkə sazişi”ni ilk ciddi sınaq qarşısında qoyur

redaktor