19 C
Bakı
10 Oktyabr 2026 21:01
Dünya

İsrail HƏMAS-ın “kəşfiyyat rəhbəri”nə məxsus binanı VURDU

 

İsrail aviasiyası Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının “kəşfiyyat bölməsinin rəhbəri”nə məxsus binalar kompleksinə zərbə endirib.

Tacxeber.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail ordusunun qırıcı təyyarələri HƏMAS terror təşkilatının kəşfiyyat bölməsinin rəhbərinə məxsus binalar kompleksini vurub. Hazırda İsrail Qəzza zolağında terrorçuların hədəflərinə zərbələr endirməkdə davam edir”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

redaktor

22 yaşlı Çarli Cons 9 yaşlı həyat yoldaşı Yunis Uinsted ilə. 19 iyun 1937-ci il, ABŞ

redaktor