Dünya

İranda Azərbaycana qarşı bəyanatlar səsləndirildi

 

İran hökumətinin müxtəlif şəhərlərdə təşkil etdiyi HƏMAS-a dəstək aksiyalarında Azərbaycan əleyhinə təhdidlər səsləndirilib.

Tacxeber.com xəbər verir ki, bu barədə SEPAH-a bağlı sosial şəbəkə hesablarında paylaşımlar edilib.

Oktyabrın 7-i gecə saatlarında SEPAH və “Bəsic” üzvlərinin Zəncanda keçirdikləri aksiyada çıxışçı Mehdi Rəsuli Azərbaycanın İsrailə dəstək verdiyini deyib, bunun Azərbaycan üçün ağır nəticələrə gətirib çıxaracağı barədə danışıb. Əli Xameneinin ofisinə bağlı olan məddah Mehdi Rəsuli buna görə Azərbaycan rəhbərliyinin ünvanına nalayiq ifadələr işlədib.

Qeyd edək ki, Mehdi Rəsuli Gürcüstan azərbaycanlıları arasında İranın siyasi-ideoloji təbliğatçısı sayılır, o, bu məqsədlə davamlı olaraq Gürcüstana səfər edir.

Xatırladaq ki, HƏMAS-ın İsrailə qarşı ötən gün başlatdığı genişmiqyaslı hücumlar nəticəsində 300-dən çox yerli sakin ölüb, 1452 nəfər xəsarət alıb. İsrail ordusu cavab tədbirləri görür.(axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Silahlı Qüvvələri Rusiyanın raket gəmisini, qayığını və tankerini məhv edib

redaktor

Rusların atdığı PUA Ukraynada vilayət administrasiyası binasına ÇIRPILDI

redaktor

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatdı – FOTO

redaktor