Dünya

İlon Maskın Bakı tviti rekord qırdı – FOTO

 

İlon Maskın Bakıda keçirilən konqreslə bağlı tvitinə rekord sayda reaksiya gəlib.

Məlumata görə, “SpaceX”in qurucusu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində kosmos sahəsində əldə etdiyi nailiyyətlərə görə Beynəlxalq Astronavtika Federasiyasının Ümumdünya Kosmik Mükafatına layiq görülməsi ilə əlaqədar öz rəsmi səhifəsində yazı paylaşıb.

Onun X platformasındakı paylaşımına 3675 şərh, 12,2 min repost, 92,4 min bəyənmə gəlib, həmçinin tvitə 15,2 milyon baxış olub.

Qeyd edək ki, İlon Mask Bakı vaxtı ilə saat 17:45-18:45 arasında Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə onlayn danışıb. O, 60 dəqiqəlik Bakı çıxışını səhifəsinin yuxarı hissəsinə sancıb. Alt hissəsində “Azərkosmos”un loqosu olan bu tvit isə 37 milyondan çox baxış sayı qazanıb.

 

Oxşar xəbərlər

Koçaryan prezident olarkən dövlətə məxsus qiymətli əmlakları bazar qiymətindən xeyli aşağı qiymətə özünküləşdirib

admin

Günün əsas xəbərləri

admin

Makron Rusiyanın neft, qaz və dizel yanacağına çıxışını kəsmək istəyir

redaktor