Dünya

Blinkenin Bakını hədələyən köməkçisi işdən çıxarıldı

 

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə yeni təyinat olub.

Tacxeber.comxəbər verir ki, ABŞ Senatı Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə keçmiş koordinatoru Ceyms Obrayeni bu vəzifəyə təyin edib.

Onun namizədliyini 67 senator dəstəkləyib, 31 deputat isə əleyhinə çıxıb.

Qeyd edək ki, Obrayenin səlahiyyətlərinə həmçinin ABŞ-nin Cənubi Qafqaz ölkələri, Rusiya Federasiyası, Türkiyə və Ukrayna üzrə xarici siyasətinə nəzarət də daxildir.

Xatırladaq ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəini Yuri Kim icra edib. Yuri Kim bir neçə gün öncə Bakı və İrəvana səfər etmişdi. O, bundan əvvəl Azərbaycana təhdid dolu çıxışı ilə gündəmə gəlmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin

BBC-də yəhudi əməkdaşlara ayrı-seçkilik iddiaları araşdırılacaq

admin

Filip de Vinter, Flamand parlamentinin üzvü

redaktor