21.4 C
Bakı
06 İyun 2026 10:53
Cəmiyyət

Xankəndiyə otuz ədəd iritutumlu avtobus yola salınıb

 

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri tərəfindən Xankəndidən mülki şəxslərin Ermənistana daşınması üçün müvafiq nəqliyyat vasitələrinin ayrılmasına dair müraciət daxil olmuşdur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Ölkə.az”a bildirilib ki, həmin nəqliyyat vasitələri ilə Xankəndi şəhərində və ora yaxın ərazilərdə yaşayan, şəxsi avtomobilləri olmayan mülki şəxslərin daşınması nəzərdə tutulur.

Müraciətə müsbət baxılaraq, sentyabrın 28-də 30 iritutumlu avtobus Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram” – Cahangir Əsgərov

redaktor

Təyyarəmiz bu sistemlə vurulub – ehtimallar özünü doğruldur

admin

Azərbaycanda ilk: bu xanım “TikTok”dan dərs deyir – FOTO

redaktor