22.8 C
Bakı
10 İyun 2026 00:28
İdman

Arda “Real”ın məşqinə davam gətirmədi – Klubdan göndərilir?

“Real Madrid”in futbolçusu Arda Gülerin ikinci dəfə zədələnməsindən sonra İspaniya mətbuatı futbolçu ilə bağlı diqqətçəkən iddia irəli sürüb.

Arda Gülerin yüksək tempə hələ hazır olmadığı və buna görə də yüksək fiziki məşqlərə hazır olmadığı bildirilir. “Relevo”nun məlumatına görə, baş məşqçi Karlo Ançelotti Ardanın oynamasına icazə verdikdən sonra o zədələnib. “Mundo Deportivo” qəzetinin məlumatına görə, Arda bir ay yaşıl meydanlardan uzaq qala bilər.

Qeyd edək ki, Arda Gülerin arxa əzələsindən zədə aldığı bildirilir. O, bundan əvvəl zədələndiyi üçün hələki əsas heyətdə yer almayıb. O məşqlərə yeni qoşulmuşdu.

Klub rəhbərliyi onun icarə əsasında başqa kluba göndərilməsini irəli sürsə də, Ançelotti qarşı çıxmışdı. (Metbuat)

Tacxeber.com

Oxşar xəbərlər

İrana ayrılan azarkeş biletləri ləğv edildi – DÇ-2026-da QALMAQAL

admin

“Nant” “Qarabağ”a qarşı oyunda baş verənlərə görə cəzalandırıldı

admin

“Ermənini məğlub etdim, həm də lisenziya qazandım” – Azərbaycanlı boksçu

redaktor