Cəmiyyət

Qarabağın erməni sakini: “Azərbaycanlılarla birgəyaşayışa çox müsbət yanaşıram”

Qarabağın erməni sakini:

“Uzun müddət Bakıda qalmışam. Azərbaycanlılarla ermənilərin birgə yaşamasına çox müsbət yanaşıram”.

Tacxeber.com “Report”-a istinadən xəbər verir ki,  bunu Qarabağın erməni sakini (adını açıqlamadı) deyib.

Onun sözlərinə görə, Azərbaycanda çoxlu sayda dostları olub: “Özüm həkiməm. Bakıda baş həkim Cəlilov dostum olub. Ürəyimdən əməliyyat olunmuşam. İndi növbəti dəfə müayinə üçün gedirəm İrəvana. Təbii ki müalicədən sonra Xankəndiyə qayıdacağam”.

Onun sözlərinə görə, 40 ildir ki Xankəndidə yaşayır:
“Azərbaycanlılarla hər zaman dostluq münasibətlərimiz olub. Çoxlu sayda dostlarım olub. Hər iki xalqın inteqrasiya məsələsinə çox müsbət yanaşıram”.


Oxşar xəbərlər

Azərbaycan ciddi problem qarşısında – Bakı susuz qala bilər

redaktor

AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı… – ARAŞDIRMA

admin

Oğlu Dilqəm Əsgərovdan İMTİNA ETDİ

redaktor