22.5 C
Bakı
28 İyun 2026 14:05
İdman

“Yurqorden” derbiyə çıxır – Musa start heyətdə

 Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatında 24-cü tur oyununa çıxacaq.

Qol.az xəbər verir ki, komanda Stokholm derbisi matçında AİK-in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. M.Qurbanlı sözügedən oyun üçün start heyətdə yer alıb.

“Yurqorden” hazırda 40 xalla (23 oyun) 4-cü, AİK 25 xalla (23 oyun) 13-cüdür. Turnir cədvəlinə 52 xalla (24 oyun) “Malmö” başçılıq edir. “Elfsborq” 48 xalla (23 oyun) 2-ci, “Hakken” 47 xalla (23 oyun) 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, M.Qurbanlı “Yurqorden”lə İsveç çempionatında bu mövsüm meydana çıxdığı 7 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

24 sentyabr

17:00. AİK – “Yurqorden”

Tacxeber.com

Oxşar xəbərlər

“Biz 11 futbolçuya və 3 hakimə qarşı oynadıq” – Berezutski

admin

“Psixoloji zərbə alsaq da, hazırlığımız pis deyil”

admin

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında irəlilədi

redaktor