Dünya

Planetin tənha qalan balinası

“52 Hertz” adı verilmiş balina planetimizdəki ən tənha balinadır. Özünə dişi tapmaq üçün dünyanın ən dərin okeanlarını gəzir, dərin suları ələk-vələk edir, lakin tapa bilmir ki, bilmir. Çünki başqa heç bir balina onun çıxartdığı 52 hers (Hz) tezliyindəki səsləri qəbul edə bilmir.

Hərəkətləri bir qədər mavi balinaların hərəkətlərinə bənzəyir, bir az da üzgəcli balinaları xatırladır. Mavi balinalar adətən 10-39 Hz, üzgəcli balinalar isə 20 Hz tezliyində səs çıxarır.

Cütləşib nəslini artırma dürtüsü ilə özünə yoldaş tapa bilməyən bu balına hələ dünyanın ən tənha balinasıdır – onun bu tezlikdəki səsini eşidə bilən balina yoxdur.

“52 Hertz” adlı bu qeyri-adi balinanı indiyə qədər görən, onu kameraya çəkən olmayıb.

Ibrahim Nəbioğlu

Tacxeber.com

Oxşar xəbərlər

“Ukraynaya dəstək artacaq” – ABŞ-ın müdafiə naziri

redaktor

İranla müharibənin ilk günündə qızlar məktəbinin vurulması təsadüf idimi?!

redaktor

Bodyguard əməliyyatı – Yadigar Sadıqlı

redaktor