Dünya

Maskın şirkətinə icazə verildi: klinik sınaqlar başlayır.

“SpaceX” və “Tesla Motors”un qurucusu İlon Maskın beyin çipi şirkəti “Neuralink” insan üzərində klinik sınaqlara başlamaq üçün icazə alıb.

Axar.az xəbər verir ki, “Neuralink”in açıqlamasında sınaqların aparılması üçün onurğa beyninin zədələnməsi nəticəsində iflic olan insanların müraciət edə biləcəyi bildirilib.

“Neuralink” təxminən 6 il davam edəcək araşdırmanın harada keçiriləcəyini və neçə iştirakçının iştirak edəcəyini açıqlamayıb.

Əvvəllər meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürüb.

Tacxeber.com

Oxşar xəbərlər

“Troya atı-2”: ABŞ İranda 1 milyard dollarlıq planı niyə həyata keçirə bilmədi?

redaktor

Zelenski Hikmət Hacıyevi mükafatlandırdı

redaktor

Zelenskinin Putinə videomüraciətindən sitatlar

admin