20 C
Bakı
10 Oktyabr 2026 18:17
Cəmiyyət

Terror aktında həlak olan polis serjantı Xəzər Zamanovun kədərli həyat hekayəsi – FOTO

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanovun həyatı ilə bağlı yeni faktlar məlum olub.

Bu barədə jurnalist Nicat Hüseyn Dağlar sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, Xəzər 4 yaşı olarkən Xəzər dənizində üzən zaman az qala boğulurmuş. Atası Azər ona xilas edəndə dənizdə boğulub və həyatını itirib.

Bundan sonra Xəzərin ailəsində ağır günlər başlayıb və o, ehtiyacla dolu uşaqlıq illəri keçirib. 5 ay əvvəl toyu olan Xəzər övlad yolu gözləyirdi. Bu gün isə o illər əvvəl onu ölümdən xilas edərkən həyatını itirən atasının yanında Günəşli qəbiristanlığında dəfn olundu.

Tacxeber.com

Oxşar xəbərlər

Pensiya kapitalın 5 faizi də belə gedir…

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin

Bəs cəmiyyət niyə bu vəziyyətdədir?

redaktor