19 C
Bakı
10 Oktyabr 2026 23:02
Cəmiyyət

Belə foto və videoları açmayın – XƏBƏRDARLIQ

 

Azərbaycan Ordusunun apardığı lokal xarakterli tədbirlər barədə sosial şəbəkələrdə çox sayda foto və videolar paylaşmamaq tövsiyə olunur.

Tacxeber.com trend-ə istinadən xəbər verir ki, son vaxtlar müxtəlif internet resursları vasitəsilə vətəndaşlara xüsusi texniki üsullarla hazırlanmış və zərərverici ilə yoluxdurulmuş şəkil, video və digər formatlarda fayllar göndərilir.

Vətəndaş həmin faylı yüklədikdən sonra faylın daxilindəki zərərli kod icra olunaraq, vətəndaşın cihazı zərərverici ilə yoluxdurulur. Nəticədə vətəndaşın fərdi məlumatları ələ keçirilir.

Vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən şəkil, video və digər faylları cihazlarına yükləməməyi tövsiyə edilir.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

redaktor

Pensiya kapitalın 5 faizi də belə gedir…

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin