Hadisə

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

 

Sentyabrın 14-ü saat 19:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Tacxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bundan başqa, saat 19:05-dən 19:25-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan iki jurnalistin aclıq aksiyasına başladığı bildirilir

admin

31 yaşlı müəllim qəfil vəfat etdi – Müharibə qazisi idi – Foto

redaktor

Pasportları zibilliyə atılan 47 İsrail vətəndaşları Bosniyanı tərk edə bilmirlər

admin