İdman

Milli komandamız bu gün Belçika ilə qarşılaşacaq.

Öz qrupunda sonuncu pillədə qərarlaşan Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Futbol üzrə Azərbaycan yığması bu gün V tur çərçivəsində Belçika ilə üz-üzə gələcək.

Qrupun favoriti ilə qarşılaşma “Dalğa Arena”da baş tutacaq. İlk üç oyununda hesabına cəmi 1 xal yazdıran Canni De Byazinin kollektivinin şansı o qədər də yüksək qiymətləndirilmir. FİFA reytinqində 5-ci pillədə qərarlaşan belçikalılar Bakıya kifayət qədər ciddi itkilərlə gəlmələrinə baxmayaraq, oyunun favoriti hesab olunurlar.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.

AVRO-2024-ün seçmə mərhələsi

V tur

F qrupu

17:00. Azərbaycan – Belçika

Baş hakim: Nenad Minakoviç (Serbiya)

Bakı, “Dalğa Arena”

Xal durumu: Avstriya – 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3)

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” azarkeşlərindən bir dəqiqəlik sükut təşəbbüsü – FOTO

admin

Rövnəq erası bitir, Rövşən erası başlayır.  Yenə də Qurbanovdan istifadə edirlər.

admin

De Byazi tənqidlərə dözməyib mətbuat konfransını tərk etdi

redaktor