19 C
Bakı
10 Oktyabr 2026 12:29
Dünya

İlon Mask övladlarını anasına göstərmir

Milyarder İlon Mask keçmiş müğənni sevgilisi Qraymsa uşaqlarını görməyə icazə vermir.

Axşam.az xəbər verir ki, bu barədə müğənni övladlarının şəkillərini yayan jurnalist Volter Eyzoksonun nəşrinin altında yazıb. O, jurnalistə müraciət edərək bunları bildirib:

“Elona de ki, oğlumla görüşməyə icazə versin və ya vəkilimə mənə cavab versin. Bu ana qədər uşaqlarımı fotoşəkillərdə belə görməmişəm və vəziyyət mənim ailəmi məhv edir”.

Qeyd edək ki, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə (X) rəhbərlik edən İlon Mask Qraymsla üç il münasibətdə olub. Onların bir qız və bir oğul övladı var.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Vaşinqtonu sərt tənqid etdi

redaktor

Trampı belə aşağılayan olmamışdı: Zelenski ABŞ prezidentinə müharibə elan etdi

redaktor

Ukraynanın logistik savaşı: Limanlardan relslərə qədər uzanan böhran

redaktor