İdman

“Qarabağ”ın direktoru Şahruddinin gedəcəyini təsdiqlədi

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqası təmsilçisi “Adana Demirspor”la danışıqlar üçün sabah qardaş ölkədə olacaq.

Bu barədə “Qafqazinfo”ya “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl məlumat verib.

O bildirib ki, hər şey qolkiperin istəyindən asılı olaraq müəyyənləşəcək: “Təklif gəldi və Şahruddin hazırda bunu dəyərləndirir. Sabah son danışıqlar üçün Türkiyə klubunun düşərgəsində olacaq. Əgər tam razılıq olarsa, müqavilə imzalanacaq və qapıçı orada qalacaq. Onun komandamıza çox böyük faydası dəyib. Hər zaman Şahruddindən razı olmuşuq, bu gün də elədir. Amma istənilən halda qərarı özü verəcək”.

Klub rəsmisi futbolçunun transferi məbləği olmadan “Adana Demirspor”a keçəcəyi xəbərinə isə belə münasibət bildirib: “Hələ ki, bu barədə danışıq olmayıb. Biz onun karyerasının yaxşı olmasına sevinərik. Əgər Türkiyədə qalıb oynamaq istəsə, biz ona mane olmayacağıq”.  (qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Beşiktaş” oyunundakı hadisələrdən sonra 16 nəfər saxlanılıb — Gürcüstan açıqlama verib

admin

Ronaldonu vida oyununa razı salmaq üçün Səudiyyə Ərəbistanına səfər?

admin

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin