31 C
Bakı
23 Avqust 2026 14:41
İdman

UEFA “Qarabağ”ı muştuluqladı – Milyonlarla pul sizi gözləyir!

Növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” bu uğur sayəsində büdcəsini zənginləşdirəcək.

Ağdam təmsilçisi qitənin ikinci dərəcəli turnirində qruplara qalaraq 3,63 milyon avro qazanıb.

“Köhlən atlar” AL-də keçirəcəyi 6 görüşdə də əlavə vəsait əldə edə bilər.

Belə ki, Avropanın ali futbol qurumu qruplarda hər qələbəyə 630 min, heç-heçəyə isə 230 min avro verir. Qrup lideri olacağı təqdirdə 1,1 milyon avro, ikinci pilləni tutacağı halda isə bu məbləğin yarısını qazanacaq.

Təmsilçimiz 1/8 finala vəsiqə qazansa, əlavə olaraq 1,2 milyon avro gəlir əldə edəcək. Pley-offda iştiraka görə isə 500 min avro ödəniləcək. (Sportinfo.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycan millisindən gələcək təklifə məmnun olaram” – Eren Aydın

admin

Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir

admin

“Qarabağ”ın avrokubok matçındakı qadın hakim – Emanuela Rusta kimdir?

admin