19 C
Bakı
10 Oktyabr 2026 10:50
Cəmiyyət

“Azərbaycan dili reanimasiyadadır”.

“Azərbaycan dili reanimasiyadadır”. Bunu “Azərbaycan Dili və Ədəbiyyatı” Forumunda çıxışı zamanı yazıçı Seyran Səxavət deyib.

“Bu gün ölkədə Azərbaycan dilini normal bilən, danışan, yazan yox dərəcəsindədir. Bayaqdan burada dillə, ədəbiyyatla bağlı onlarla problemdən danışıldı. Hamısının kökündə dayanan dildir, vəssalam. Bu, çox ciddi məsələdir. Bunun üzərinə düşülməsə, görəcəklərimiz hələ qabaqdadır”, – o qeyd edib.

Yazıçı əlavə edib ki, televiziyalarımızda dillə bağlı qüsurlar, qəbahətlər baş alıb gedir: “İstənilən televiziyanı gətirin, mən sizə sübut edim ki, orada Azərbaycan dili bilgisi 49 faizdən o yana deyil. Bu biabırçılıqdır”. (APA)

Tacxeber.com

Oxşar xəbərlər

Bəs cəmiyyət niyə bu vəziyyətdədir?

redaktor

Din – Siyasətdir…

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor