İqtisadiyyat

Qurban Qurbanov: “İddialı və maraqlı qrupa düşmüşük”

 

Bunu klubun saytına açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis təsnifat mərhələsində qarşılaşdıqları rəqiblərin də təhlükəli olduğunu bildirib:

“Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. “Bayer” top-5 ölkəsinin komandasıdır. “Molde” və “Hakken” də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə qarşıdakı günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir”.
Qeyd edək ki, “Qarabağ” H qrupunda Almaniyanın “Bayer” (Leverkuzen), Norveçin “Molde” və İsveçin “Hakken” komandaları ilə üz-üzə gələcək.

Tacxeber.com

Oxşar xəbərlər

Vahid Ələkbərov, Qod Nisanov Böyük Britaniyanın sanksiya siyahısında.

admin

Nazirin həyat yoldaşı dövlət qurumuna icarəyə verdiyi ofisin qiymətini qaldırdı

admin

Ən çox qızıl ehtiyatı olan ölkələr – SİYAHI

admin