19 C
Bakı
10 Oktyabr 2026 08:28
Dünya

Qabonda devrilən prezidentin evindən çamadanlarla dolu pul çıxdı – VİDEO

 

Daha bir Afrika ölkəsi olan Qabonda dövlət çevrilişi olub.

Tacxeber.com xəbər verir ki, Qabonun milli televiziyasına açıqlama verən hərbçilər prezidentin devrildiyini və ölkə sərhədlərinin növbəti xəbərdarlığa qədər bağlı olacağını elan edib.

Hakimiyyəti ələ keçirən hərbçilər Respublika Qvardiyasının komandanı general Bris Oliqi Nqemanı keçid dövrü üçün dövlət başçısı da təyin ediblər.

Qeyd edək ki, qiyamçılar avqustun 26-da keçirilmiş və Əli ben Bonqo Ondimbanın üçüncü müddətə seçildiyi prezident seçkilərinin nəticələrini ləğv ediblər. Hərbçilər prezidentin ailə üzvləri və həkimlərin əhatəsində ev dustağı olduğunu bildiriblər.

Əli ben Bonqo Ondimba özü videomüraciət qeydə alaraq prezident iqamətgahı ərazisində hərbçilər tərəfindən saxlanıldığını təsdiqləyib.

Qabondakı çevrilişdən sonra inqilabçılar devrilmiş prezidentin ailəsinin evində dollar və avrolarla dolu çantaları müsadirə ediblər.(BAKU.WS)

 

Oxşar xəbərlər

Ukraynanın logistik savaşı: Limanlardan relslərə qədər uzanan böhran

redaktor

Zelenski: Ukrayna komandası ABŞ-da cəbhə kimi istifadə olunur ki, bu da, şübhəsiz ki, ədalətsizdir

redaktor

Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi

redaktor