24.5 C
Bakı
09 İyun 2026 15:13
Cəmiyyət

Şəki Şəhər İcra Hakimiyyətinə Kağız kəsən rezak, televizor, kalonka alınır – 186 min azn-lik anlaşma.

Şəki Şəhər İcra Hakimiyyətinin “Şəki Şəhər İcra Hakimiyyətinin yeni tikilən inzibati binası üçün 1000 kVA gücündə dizel generatorunun və avadanlıqların satın alınması” ilə bağlı elan etdiyi tender başa çatıb.

Tacxeberin məlumatına görə, tenderin qalibi “PLANET CONSTRUCTİON” MMC olub. Tərəflər arasında yaxın zamanda 186.179,99 AZN-lik müqavilə imzalanacaq.

Müqaviləyə əsasən icra orqanı qalib şirkət tərəfindən “Dizel generatoru, Monitor, Televizor, Kalonka, Mikrafon stolüstü, Mikrafon ştativi Kalonka ştativi, notebook, printerlər, Laminasiya aparatı, 2 üzlü Scaner aparatı, Kağız kəsən rezak, Mikrafon stolüstü,,, xarici kamerlar, daxili kamera və.s ilə təmin edilməlidir.

Bildirək i, nizamnamə kapitalı 50 AZN olan “PLANET CONSTRUCTİON” MMC-nin qanuni təmsilçisi QAFQAZ ŞİRİNOV TEHRAN OĞLUdur.

Xatırladaq ki, Şəki Şəhər İcra hakimiyyətinin başçısı, Elxan Usubovdur. (32gun)

Tacxeber.com

Oxşar xəbərlər

Şəhərin mərkəzi 9 günlük bağlanır.

admin

“Qubad İbadoğlu çöldə kef edir, bu, həbsdə qalıb” – Həbsdə olan iş adamının MƏHKƏMƏSİNDƏN

redaktor

Araz Musayevi vuran iki özbəkəsilli şəxslər Rusiyaya qaçarkən saxlanıldılar.

admin