19 C
Bakı
10 Oktyabr 2026 05:45
Hadisə

Livandakı səfirliyimizə hücum oldu – RƏSMİ

Livandakı səfirliyimizə hücum oldu - RƏSMİ

“Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar”.

Tacxeber.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar.

Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.


Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

İrkutskda nə baş verir? – Taun yayılır?

admin

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor