Dünya

Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi.

Ukrayna Silahlı Qüvvələri Rabotino yaşayış məntəqəsini azad edib.

Tacxeber.com NEXTA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

“Düşmənin şiddətli müqavimətinə baxmayaraq, Novoprokopovka və Oçeretovatıya doğru irəliləyirik”, – o qeyd edib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Turistləri kokosla qarşıladı, sonra saxlanıldı: “Rus Tarzan”ın hekayəsi müzakirə yaratdı

admin

Sürücüsüz taksilərə yumurta hücumu: 30 hadisədə eyni şəxsdən şübhələnirlər

admin

FIFA kiberhücumu təsdiqlədi: daxili sənədlərin sızdırıldığı iddia olunur

admin