31 C
Bakı
23 Avqust 2026 17:02
Dünya

Erməni jurnalist övladlarını əsgərliyə göndərən valideynlərə səsləndi

 

“Ermənistan ordusunda “dedovşina”, hərc-mərclik hökm sürür”.

Bu fikri özünün “Facebook” səhifəsində keçmiş jurnalist Voskan Sarkisyan yazıb.

O, yazısında Ermənistan ictimaiyyətinə səslənərək bildirib ki, hərbi hissələrdə özbaşınalıq, hərbi nizamnamədən kənar münasibətlər hökm sürür və Ermənistan ordusu qeyri-döyüş şəraitində itkilər verməkdə davam edir.

“Orduda xidmət edərkən komandirini bıçaqlayan və bu səbəbdən həbsdə yatan Suren Papikyanın rəhbərlik etdiyi Müdafiə Nazirliyi matəm nazirliyinə çevrilib.
Oğullarını orduya göndərən əsgər valideynləri, övladlarınızı qoruyun, Müdafiə Nazirliyi bu işin öhdəsindən gələ bilmir”, – jurnalist qeyd edib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi bu gün açıqlama yayaraq hərbi hissədə iki hərbçinin ölümünə aydınlıq gətirib.

Məlum olub ki, hərbçilərin ölümü onların arasında olan qeyri-nizamnamə davranışları nəticəsində baş verib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan-Özbəkistan ittifaqı: Bakı-Daşkənd əməkdaşlığı yeni mərhələdə

redaktor

“Cavab alın”: Putin Ukraynada mülki obyektlərə endirilən zərbələr barədə

redaktor

ABŞ “TikTok”u 400 milyon dollar cərimələdi – Uşaqlara görə

admin