31 C
Bakı
23 Avqust 2026 13:12
Mədəniyyət

“Xalqın dərdini deməyə getmişdi, yoxsa orden almağa?”

 

Aktyor Rasim Balayevin “BBC News Azərbaycanca”a müsahibəsi zamanı dedikləri, xüsusən xalqın problemlərini dilə gətirməklə bağlı suala cavab verərkən “kütlə” ifadəsini işlətməsi sosial şəbəkələrdə müzakirəyə yol açıb.

Tacxeber.com”Axsam.az”a istinadən bildirir ki, Əməkdar artist Gülzar Qurbanova isə aktyoru bu sözlərlə müdafiə edib:

“Rasim Balayev xalqın dərdini danışmağa getmişdi, yoxsa “İstiqlal” ordeni almağa? Rasim Balayev ilk öncə sənətkardır. Sənətkar! Sənət siyasətin aləti deyil. Həm də yaddan çıxarmayaq ki, Rasim Balayevin səsi ilə oxunulmuş Quran böyük bir nəslə mərifət, nur paylayan çıraq olub”.

Xalq artisti Mehriban Zəki də məsələ ilə bağlı paylaşım edib:

“Başa düşə bilmirəm, millətin problemlərini vəzifəsi dövlət rəhbərinə çatdırmalı olan millət vəkillərindən niyə soruşulmur? Bir sənət adamı, incəsənət sakini olan bir şəxsiyyət təhqirlə istintaq olunur? Bu kobud, zəkasız, peşədən, etikadan uzaq, münasibətə niyə yol verilir?”.

Tacxeber.com

Oxşar xəbərlər

Sən görən dünyadı, Cavid Əfəndi…

redaktor

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin

Sənətkarı ələ öyrətmək sənətin ruhunu və azadlığını əlindən alır

redaktor