Cəmiyyət

Balakəndə Azərbaycan bayrağının yırtılması – RƏSMİ AÇIQLAMA – VİDEO

Balakəndə Azərbaycan bayrağının yırtılması - RƏSMİ AÇIQLAMA - VİDEO

Bir neçə gün öncə sosial şəbəkələrdə yırtıq halda dalğalanan Azərbaycan bayrağının görüntüsü müzakirələrə səbəb olub.

Tacxeber.com xəbər verir ki, video ilə bağlı Balakən şəhər icra nümayəndəsinin müavini İlham Kaltayev bildirib ki, bayraq keçən həftə baş vermiş güclü külək nəticəsində yırtılıb:

“Bizim daima yeni bayrağımız olur. Əməkdaşlar tərəfindən həmin hadisə bizə bildirilib və səhər dərhal yenisi ilə əvəz olunub”.

İ. Kaltayev əlavə edib ki, 73 metr hündürlükdə olan bayraq küləyin istiqamətində olduğu üçün tez-tez belə hallar baş verir:

“Şəhər ərazisində əməkdaşlarımız daima nəzarətdə saxlayır və bizə bildirirlər. Biz də dərhal həmin məsələləri aradan qaldırırıq”.

Tacxeber.com

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin

Azərbaycanda saytların bloklanması asanlaşdırılır: “Bu, mediada özünüsenzuranı artıra bilər”

admin