Daha çox su kənarlarında bitən əvəlik otunun qədim Misir dövrlərinə qədər uzanan böyük bir keçmişi var.

Əvəlik çox zaman ispanağa, quzuqulağına bənzədilir. Yarpaqları yeyilir, toxumlarından isə çay hazırlanır.
Yabani bitki olduğu üçün az qala dünyanın hər yerində bitir.
Kökündə nişasta, şəkər, C vitamini var. Fosfor baxımından zəngin olan bu bitkinin faydaları çoxdur.
Əvəlik bitkisi qırxbuğum fəsiləsinə aid çoxillik ot bitkisidir. Becərmək istəyənlər üçün qeyd edək ki, toxum və kök pöhrələri ilə çoxalır. Toxumları yazda və payızda səpilir. İkinci ildən başlayaraq qida üçün istifadə olunacaq yaşıl kütləsi yığılır.
Əvəlik bitkisinin yarpaqlarını çiçəkləməmişdən qabaq yığırlar. Toxumu yetişən ərəfədə mal-qara üçün təhlükəlidir.




