22 C
Bakı
09 Oktyabr 2026 20:48
Cəmiyyət

Aydın Xırdalanlının anası: “İstəmirdim meyxanaçı olsun“ – VİDEO

 

“Mən özüm şəxsən meyxananı istəmirdim. Çox bəyənmirdim. Amma qulaq asırdım. Aydın toylara gedəndə axı belə telefonlar yox idi ki, meyxanalarına quıaq asım… Hərdən qohum-əqrabada olanda maraqlanırdım”. Tacxeber.com Publika.az-a istinadla xəbər verir ki, bu sözləri “Maqazin plus”a açıqlamasında mərhum meyxanaçı Aydın Xırdalanlının anası Bikə xanım deyib.

O bildirib ki, nə özü, nə də əri Aydının meyxanaçı olmağını istəməyiblər:

“Amma istəmirdim meyxanaçı olsun. Atası ümumiyyətlə istəmirdi. Toya gedəndə gedirdi, oradan çıxardırdı. Deyirdim ki, ürəyi istəyir qoy desin. Deyirdi, yox, imkan vermərəm meyxana desin”.

Qeyd edək ki, meyxanaçı Aydın Xırdalanlı 2019-cu ilin martın 23-də vəfat edib. O, uzun sürən xəstəlikdən sonra həyatını itirib.

 Tacxeber.com

Oxşar xəbərlər

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

Hicab davası: Allahın əmri, qadının seçimi, yoxsa siyasət?

redaktor

Hicab qadağası Azərbaycan sekulyarlığına uyğundurmu?

redaktor