22.5 C
Bakı
28 İyun 2026 12:02
Dünya

Krım körpüsünü vurmaq o deməkdir ki… – Ekspert

Krım körpüsünə yeni hücum böyük nailiyyət sayıla bilər, çünki ruslar onu Moskvadan daha yaxşı qoruyur.

Bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko Krım körpüsündə baş verən partlayışı şərh edərkən deyib.

“Ruslar Krımda çox sayda hava hücumundan müdafiə sistemini, gəmiləri, birbaşa Kerç boğazı ərazisində körpünü qoruyan qayıqları bir araya gətiriblər. Belə çoxqatlı müdafiəni nəzərə alsaq, bu, böyük nailiyyətdir”, – o vurğulayıb.

Musienko Krım körpüsünü Rusiyanın silah, sursat, yanacaq və sürtkü materiallarının daşınması üçün istifadə etdiyi hərbi obyekt adlandırıb:

“Söhbət düşmənin cənubdakı bütün logistikasının 65-70%-dən gedir”.

Qeyd edək ki, 17 iyulda Ukrayna ordusu iki dron ilə Krım (Kerç) körpüsünü vurub.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya İrandan yüzlərlə dron aldı – Qərb kəşfiyyatı

redaktor

Səddam və Qəddafidən sonra onun fotosu: Gizli kəşfiyyat mesajıdır? – FOTO

redaktor

Kim Çen In internetdən istifadə edənlərə ölüm cəzası verdi

redaktor