DünyaGündəm

Kadırov vəzifəsindən müvəqqəti getdi: 3 qəribə nüans

 

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məzuniyyətə çıxıb, onun səlahiyyətlərini vilayət hökumətinin sədri Müslüm Xuçiyev icra edir.

Tacxeber.com xəbər verir ki, bununla bağlı sərəncam Kadırovun saytında dərc edilib.

Sənəddə deyilir: “Mən 2023-cü il iyulun 3-dən illik ödənişli məzuniyyətə gedirəm. Məzuniyyətim müddətində Çeçenistan Respublikasının rəhbəri vəzifəsini Çeçenistan Respublikası Hökumətinin sədri Xuçiyev Müslüm Maqomedoviçə həvalə edirəm”.

Qeyd edək ki, məzuniyyətə 3 iyuldan çıxan Kadırovun sərəncamının 8 iyulda yayılması, eyni zamanda, məzuniyyət müddətinin göstərilməməsi diqqət çəkib. Daha bir qəribə nüans isə müharibə ilə bağlıdır. Ukraynada müharibə getdiyi bir məqamda Kadırovun məzuniyyətə çıxması qəribədir.(axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

AXCP funksioneri narkotik ittihamı ilə saxlanılıb

admin

Təyyarənin təkərində donmuş insan meyiti tapıldı

admin

Kanadada xaricilərə ev almaq qadağan edildi

redaktor