29 C
Bakı
13 Avqust 2026 11:44
Dünya

Ukrayna ordusundan əks hücum – Şiddətli döyüşlər gedir.

Ukrayna ordusu Baxmut istiqamətində irəliləyib və hazırda cinahlarda döyüşlər davam edir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergey Çerevatıy məlumat verib.

“Baxmut istiqamətində irəliləyişimiz var. Cinahlarda döyüşlər gedir, düşmənə təzyiq göstəririk. Müfəssəl təhlil və yoxlamadan sonra azad edə bildiyimiz ərazilər barədə ətraflı məlumat verəcəyik”, – o deyib.

Bildirilir ki, gün ərzində Baxmut istiqamətində artıq 23 toqquşma baş verib. Çerevatının sözlərinə görə, işğalçılar ciddi müqavimət göstəriblər, lakin Ukrayna hərbçiləri bir gündə 116 işğalçını məhv edib, daha 119 nəfəri yaralayıblar. Düşmənin onlarla texnikası da sıradan çıxarrılıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutka ərzində cəbhədə 46 toqquşma baş verib. Rusiya qüvvələri Liman, Baxmut və Maryinski istiqamətlərində cəmləşirlər.

Ukrayna hərbçiləri isə Baxmut, Berdyansk və Melitopol istiqamətlərində irəliləyirlər. Müdafiəçilərin müəyyən uğurları var. (oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Paris-18 mart 1314 cümə günü…

redaktor

Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA

redaktor

Trampı Türkiyədə təyyarəsini dəyişməyə vadar edən təhdid üzə çıxdı

redaktor