23 C
Bakı
27 Sentyabr 2026 19:59
Dünya

Daha bir milyarder Rusiya vətəndaşlığından imtina etdi

Milyarder İqor Makarov Rusiya vətəndaşlığından imtina edib.

Bu barədə “Forbes” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Makarov Ukraynada müharibə başlayandan sonra Rusiya pasportundan imtina edən altıncı şəxsdir.

Milyarderin Rusiya pasportundan 2023-cü ildə imtina etdiyi və hazırda yalnız Kipr vətəndaşlığı olduğu bildirilir. Makarov açıqlama verməyib.

Nəşr Makarovun sərvətini 2,2 milyard dollar qiymətləndirir. 2023-cü ildə Rusiyanın ən varlı adamları reytinqində 57-ci yeri tutub.

1990-cı illərin sonunda Makarovun “İtera” şirkəti türkmən qazının yenidən satışı ilə məşğul idi. 2012-ci ildə “Itera” “Rosneft” ilə birgə müəssisə yaradıb və bir il sonra “Rosneft” “Itera”nın payını 2,9 milyard dollara alıb, bunun 1,8 milyard dolları Makarova gedib.

Rusiyanın Ukraynanı işğalından sonra Makarova Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya tərəfindən sanksiya tətbiq edilib. (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər

Tarix şahiddir: Azərbaycan hər zaman Türkiyənin yanında olub

redaktor

Emosiya yox, faktlar: Türkiyə qardaşlarımıza izah

redaktor

Azərbaycanın müstəqil xarici siyasəti müzakirə mövzusu deyil, dövlət marağının tələbidir

redaktor