22 C
Bakı
09 Oktyabr 2026 16:06
Dünya

Putin: Qərb sonuncu ukraynalıyadək Rusiya ilə döyüşmək niyyətindədir

 

Qərb Ukraynaya əlavə texnika verə bilər, amma səfərbərlik resursu, canlı qüvvə məhduddur.

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə bildirib.

“Əlbəttə ki, əlavə hərbi avadanlıqlar verilə bilər, lakin səfərbərlik ehtiyatı qeyri-məhdud deyil. Deyəsən, Ukraynanın Qərb müttəfiqləri həqiqətən də, Rusiya ilə sonuncu ukraynalıyadək döyüşmək qərarına gəliblər”, – Putin deyib.

Putin onu da əlavə edib ki, Rusiya komandirləri nəzərə almalıdırlar ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatları hələ tükənməyib və bir sıra strateji ehtiyatlar hələ də işə salınmayıb.

İclasda Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyi Ukrayna ordusunun itkilərini açıqlayaraq bildiriblər ki, Ukrayna tərəfinin itkisi 13 min nəfəri ötüb.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor