22 C
Bakı
09 Oktyabr 2026 18:23
Cəmiyyət

“Antibiotikləri reseptsiz satanlar cəzalandırılsın”

 

“Türkiyədə, digər Avropa ölkələrində reseptsiz bir həb antibiotik ala bilməzsiniz. Bizdə də bu qayda var, lakin əməl olunmur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov müzakirə edilən “Dərman vasitələri haqqında” qanuna dəyişikliklə bağlı bildirib.

“Antibiotikləri reseptsiz satanlar cəzalandırılmalıdır. Antibiotiklərdən düzgün istifadə etməmək, xüsusilə də uşaqlarda ciddi fəsadlara gətirib çıxarır. Bu məsələ nəzarətə götürülməlidir”, -deyə deputat vurğulayıb.

Komitə sədri əlavə edib ki, Azərbaycanda dərmanların qiymətləri çox bahadır: “Bunu araşdırmaq çox asandır, Rasim müəllim (Səhiyyə nazirinin müavini  Rasim İsmayılov – red.) .  qonşu ölkələrə, MDB ölkələrinə, qardaş Türkiyəyə baxmaq kifayətdir ki, Azərbaycanda dərman qiymətlərinin baha olduğunu görəsən”.

Tacxeber.com

Oxşar xəbərlər

Hicab davası: Allahın əmri, qadının seçimi, yoxsa siyasət?

redaktor

Hicab qadağası Azərbaycan sekulyarlığına uyğundurmu?

redaktor

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor