Cəmiyyət

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? – RƏSMİ CAVAB

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? - RƏSMİ CAVAB

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet informasiya ehtiyatına (www.president.az) oxşar saxta veb səhifələr yaradılaraq ani mesajlaşma proqramları vasitəsilə vətəndaşlara yeni qanunun qüvvəyə minməsi və uşaqlı hər bir ailəyə 500 manat məbləğində müavinət verilməsi ilə bağlı saxta mesajlar göndərilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaşlardan qeyd olunan müavinəti əldə etmək üçün göndərilən saxta keçidə daxil olaraq özünün və övladının tam adını, növbəti mərhələdə isə bank kartı məlumatlarını yazmaları tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi, bu kimi mesajlar qəbul etdikləri halda, ilk növbədə, əlaqədar qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Müxtəlif vasitələrlə sizə göndərilən şübhəli keçidlər vasitəsilə bank və digər fərdi məlumatlarınızı daxil etməyin.

Tacxeber.com

Oxşar xəbərlər

Qaxda kilsəyə giriş mübahisəsi: etnik gürcülər məbədə buraxılmadıqlarını bildirirlər

admin

Aparıcı Firuzə Cəlilovanın bağ evi ilə bağlı iddialara DİN-dən açıqlama.

admin

Filip de Vinter, Flamand parlamentinin üzvü

redaktor