Hadisə

Azərbaycanda baş çavuş özünü güllələdi

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açaraq intihar edib.

Tacxeber.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Tacxeber.com

Oxşar xəbərlər

“Palmali”nin “Nizami Gəncəvi” tankeri Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiya paketinə tuş gəlib.

admin

Ağcabədidə həbsdən çıxan adam öz evini yandırdı.

admin

Sərhədçilərimizin atəşə tutulma ANI – VİDEO

redaktor