22.5 C
Bakı
29 İyun 2026 07:01
Gündəmİdman

İbrahimoviç üçün kədərli gün: karyerasını bitirdi – VİDEO

 

İsveçli futbolçu Zlatan İbrahimoviç karyerasını başa vurduğunu açıqlayıb.

Tacxeber.com xəbər verir ki, 41 yaşlı ulduz bu qərarını A seriyasının sonuncu turunun “Milan” – “Verona” matçından sonra bəyan edib.

“Nəfəs almaq mənim üçün çətindir, amma hər şey yaxşıdır. Ailəmə səbirlərinə görə təşəkkür edirəm. İkinci futbolçulara, məşqçiyə, heyətə, menecerlərə təşəkkür edirəm. Nəhayət, sizə, azarkeşlərə ürəkdən təşəkkür etmək istəyirəm. Futbolla sağollaşıram, sizlərlə yox”.
Qeyd edək ki, İbrahimoviç 2022/2023 mövsümündə  “Milan”ın heyətində bütün yarışlarda 4 matça çıxıb ə 1 qol vurub. Son vaxtlar isveçli hücumçunun “Monza” ilə müqavilə imzalamağa yaxın olduğu haqda xəbərlər yayılmışdı.

Karyerası boyunca “Ayaks”, “Yuventus”, “İnter”, “Milan”, “Barselona”, “Mançester Yunayted” PSJ, “Los Anceles Qalaksi” kimi müxtəlif klublarda oynamış İbrahimoviç ümumilikdə meydana çıxdığı 819 matçda 493 qola imza atıb.

 

Oxşar xəbərlər

Azərbaycanlı azarkeşlər “Tottenhem” – “Qarabağ” oyununa 500-dən çox bilet alıblar

redaktor

Hindistan Ermənistan vasitəsilə Azərbaycana qarşı müharibəyə başlayıb – ŞOK VİDEO

redaktor

Belçika – İsveç oyunu atışmaya görə yarımçıq dayandırıldı.

admin