26 C
Bakı
13 Avqust 2026 05:44
Siyasət

Erməni deputat: Azərbaycanla sülhü ikiəlli dəstəkləyirəm

 

“Mən Nikol Paşinyanın həyata keçirdiyi siyasətə, o cümlədən sülh gündəmini tamamlamaq səylərinə tam dəstəyimi bəyan edirəm. Sülh gündəmimizi ikiəlli dəstəkləyirəm və qonşu ölkə ilə sülh prosesini qorumağa çalışacağam”.

Tacxeber.com xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputatı Qurgen Arsenyan deyib.

“Həmçinin mən ərazi bütövlüyünün qarşılıqlı tanınmasını dəstəklədiyimi bildirirəm. Mən bir daha Ermənistanın baş nazirinə, siyasi komandamıza dəstəyimi bildirirəm. Bildirirəm ki, biz Ermənistanın Azərbaycanla sülh prosesini, eləcə də Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini başa çatdırmaq əzmindəyik”, – erməni deputat qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA

redaktor

Trampı Türkiyədə təyyarəsini dəyişməyə vadar edən təhdid üzə çıxdı

redaktor

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Oleksandrovka istiqamətindəki hücumunun uğurlu olduğunu bildirib

redaktor