Dünya

Hava yenidən dəyişəcək – Şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

 

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, nəyin mesajıdır?

redaktor

Polşada hakimiyyət böhranı: Prezidentin ultimatumu sabah bitir

redaktor

Bu gün Mustafa Kamal Paşa Atatürkün anım günüdür

redaktor