“Ey dünya, nədən beləsən? Olmazmı ki, ağlamayıb, hərdən güləsən?”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova instaqram hesabında yazıb. Müğənni Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölən 7 yaşlı Fərid Bakarovla bağlı paylaşım edib.
“Olmazmı, fağıra zülm edənə, rəhm nədir bilməyib, balaca balanı öldürənə gücünü tez göstərəsən? Dünya, sən nədən beləsən?” deyə, Dadaşova sözlərinə əlavə edib.