21.6 C
Bakı
28 İyun 2026 10:31
Cəmiyyət

“Məşədi Dadaş məscidinə imam təyin olunmağımı kədərlə qarşıladım” – Əli Şərbətov

 

“Düzünə qalsa, Məşədi Dadaş məscidinə imam təyin olunmağımı kədərlə qarşıladım. Hacı Şahin Həsənlinin yerinə gəlməyə görə adam üzülür, o, böyük ustad, böyük alim, hər kəsə örnək idi”.

Bu sözləri Teleqraf.com-a bu gün Məşədi Dadaş məscidinə imam təyin olunan Əli Şərbətov deyib.

“Lakin bəzi vacib məsələlərə görə razılaşmalı oldum. Hacı Şahinlə şəhidlərimizin anım tədbirlərində tez-tez görüşmüşük, gözəl münasibətimiz olub. Böyük qəlbli bir insanı itirmişik, bu, bizim üçün ağırdır. Allahın dinini hacının dəst-xəttini saxlamaqla çatdırmağa çalışacağıq, əlimizdən gələni edəcəyik. Düzdür, hacının yerini tutmaq mümkün deyil, onun qəlbimizdə ayrı yeri var. O, məsciddə bütün işləri qaydasına qoyub, nizama salıb, vətənpərvərlik aşılayır, dinimizi gözəl şəkildə təbliğ edirdi. Biz də onun bu işini davam etdirməyə çalışacağıq”, – deyə qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

AŞPA deputatları Azərbaycan nümayəndə heyyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına çağırıb.

admin

Heç yerdə görünməyən xəstəliklər

redaktor

İranın raket zərbələrini çəkənlər həbs ediləcək

redaktor