29 C
Bakı
15 Sentyabr 2026 19:13
Cəmiyyət

Əsir hərbçimizin İrəvandan anasına göndərdiyi MƏKTUB

 

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib.

Onun sözlərinə görə, məktub BQXK nümayəndələri tərəfindən təqdim olunub: “Salam anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə”, – məktubda deyilir.

Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Sonradan onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.

 Tacxeber.com

Oxşar xəbərlər

Fərid Eyvazovun güc şousu alınmadı… – “Alliance Clinic”də ciddi nöqsanlar

admin

Bəs hicab taxmayan qadınlar nədir?

redaktor

Məqsəd Bağırovun həbsi ilə bağlı gözlənilməz suallar

redaktor