Dünya

Taliban marixuana yetişdirilməsini qadağan etdi

 

Əfqanıstanda Taliban hərəkatının lideri Heybətullah Axundzadə bütün ölkə ərazisində çətənə (marixuana) yetişdirilməsini qadağan edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Taliban rejiminin rəsmi nümayəndəsi Zəbiullah Mücahid Twitter hesabında məlumat verib.

Taliban liderinin fərmanında deyilir ki, “bütün ölkədə çətənə becərilməsi qəti qadağandır və bundan sonra heç kim öz torpağında çətənə əkə bilməz və kimsə öz torpağında çətənə əkərsə, o, məhv ediləcək”.

Taliban lideri həmçinin Daxili İşlər Nazirliyinə və istintaq orqanlarına cinayətkarları məsuliyyətə cəlb etməyi, məhkəmələrə isə “onları şəriət qanunlarına əsasən cəzalandırmağı” tapşırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski kəşfiyyat məlumatlarını açıqladı

redaktor

Yəməndə həlledici mərhələ: Husilərin son müqaviməti?

redaktor

1937 geri qayıdır: Damğalar dəyişir, üsullar yox

redaktor