35 C
Bakı
14 İyul 2025 12:10
Gündəm

İsrailin sabiq baş naziri Bakını müdafiə etdi, Musəvi hədələdi – Foto

İsrailin sabiq baş naziri Bakını müdafiə etdi, Musəvi hədələdi - Foto

İsrailin sabiq baş naziri Ehud Olmertin Bakıda jurnalistlərə açıqlamasında dediyi “İran Azərbaycanla hər hansı qarşıdurmaya başlamazdan əvvəl bir daha düşünməlidir” sözlərinə Tehranın Bakıdakı səfiri Seyid Abbas Musəvi hədə ilə cavab verib.

Tacxeber.comxəbər verir ki, İran səfiri Ehud Olmertin sözlərini İran raketlərinin fonunda paylaşıb və İncildən bu sözləri yazıb:

“Həkim öz-özünü sağaltmalıdır”.

Latınca olan bu sözün mənası insanın öz qüsurunu düzəltməli olduğu haqda nəsihət olsa da, Musəvinin İranın hərbi arsenalını nümayiş etdirən fotonu bu sözlərə əlavə etməsi tam fərqli anlama gəlir.

Qeyd edək ki, Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq baş naziri Ehud Olmert jurnalistlərə açıqlamasında “İran Azərbaycanla hər hansı qarşıdurmaya başlamazdan əvvəl bir daha düşünməlidir” deyib və əlavə edib ki, Azərbaycanın güclü dostları var, İsrail də onların arasındadır: “Azərbaycan Ordusu son bir neçə ildə öz gücünü sübut edib, ölkənin ərazi bütövlüyünü bərpa edib”.

Tacxeber.com

Oxşar xəbərlər

Gəmilər batanda ölkə də batır…

admin

15-20 gün ömrü olan çaqqalanın faydaları

redaktor

Nəsildə xərçəng varsa, hər kəs xəstə ola bilər?

admin