İranın hava təcridi İraqda o qədər ciddi nəticə yaradıb ki, Bağdad ABŞ-dan xüsusi istisna istəyir.
İraq hökuməti ABŞ ilə danışıqlara başlayaraq bəzi İraq hava limanlarının İran aviasiyasına tətbiq edilən sanksiyalardan istisna edilməsini istəyib.
Rəsmi Bağdad bunu humanitar və mülki uçuşların davam etdirilməsi ehtiyacı ilə əsaslandırır.
İran İraqdakı dörd əsas hava qapısının HAMISINI itirib.
Son məlumatlarla əsasən:
Bağdad – dayandırılıb
Nəcəf – dayandırılıb
Ərbil – dayandırılıb
Süleymaniyyə – dayandırılıb
İraqda İrana yaxın şiə qrupları kütləvi aksiyalara başlayır. Hava limanları istiqamətində aktivlik var.
İraq höküməti ölkə daxilində vəziyyətin nəzarətdən çıxacağından ehtiyat edir və buna görə də uçuşların bərpası ilə bağlı ABŞ-la danışıqlar aparır. Silahlı qruplar eyni zamanda sentyabrın 30-na qədər uçuşlar bərpa edilməzsə silahları yerə qoymayacaqlarını bildiriblər.
Qeyd: ABŞ-ın İran’a qarşı blokadası hava uçuşlarını da əhatə edir.
İranın tam hava blokadası HƏLƏ BAŞ VERMƏYİB – 4 mühüm istiqamət açıq qalır.
Türkiyə
Çin
Ermənistan
Rusiya
Tehranın İmam Xomeyni hava limanının rəhbəri Ramin Kaşef Azər bu dörd ölkə istiqamətində uçuşların davam etdiyini bildirib.
