Digər

Şən Nikolay, yatan Hitler, yeyən Xruşşov, öpüşən Brejnev – Liderlərin məzəli anları

 

İndi məşhurlar özləri şəkillərini sosial şəbəkələrə qoyurlar. 40 il öncəyə qədər bu mümkün deyildi.  Amma yəqin mümkün olsaydı da, bir çox liderlər məzəli şəkillərinin internet şəbəkədə dolaşmasının tərəfdarı olmazdılar.

Lent.az xarici mediaya istinadən bildirir ki, deyilənə görə, Rusiya çarı II Nikolay kamera önündə hoqqabazlıq etməyi sevirdi. Fotoqrafiyanı hər şeydən çox sevirdi. Onun şəkillərinin çoxu Romanovların arxivində qorunur. Rus çarının Almaniyada şahzadələrlə kəndirdartma oynaması anlarını əks etdirən bu foto çox maraqlıdır.

370709
Dünyanı qorxu altında saxlamış Hitleri heç yatanda görmüsünüz?

370710
SSRİ rəhbərləri arasında ən sadə lider Nikita Xruşşovun olduğu deyilir. Bu şəkildə o öz əli ilə Hindistandan gəlmiş qonağa tort yedizdirir.

370711

Brejnev təkcə kişi liderləri deyil, qadın həmkarlarını da dodağından öpməkdən çəkinmirdi. O, “bu şərəf”ə ilk dəfə Hindistanın baş naziri İndira Qandi layiq görülüb. Öpüşməkdə Brejnevdən heç də geri qalmayan Almaniya Demokratik Respublikasının lideri Erik Honnekerlə SSRİ rəhbərinin öpüşünü əks etdirən foto əsərlər hətta Berlin divarlarını bəzəyib.

370712

 

Oxşar xəbərlər

Türk Zəngi Dövləti pulu

redaktor

Eldar İsmayıloğlu poeziyasında psixoloji qaranlıq

redaktor

Özünə sevgini necə inkişaf etdirmək olar?

redaktor