Sağlamlıq

Həkim hormonal dərmanların bədənə təsirini açdı

 

Uşaq Endokrinoloqu Dr. Nabat Ağayeva-Əlibəyova bildirib ki, hormonal disbalans orqanizmin vacib funksiyalarını itirməsinə səbəb olur.

Tacxeber.com xəbər verir ki, hormonların sağlamlığımızdakı rolundan danışan mütəxəssisin sözlərinə görə, onlar vəzilərdən ifraz olunurlar və olduqca vacib funksiyaları var.

“İnsulin, adrenalin, böyümə hormonu və s. – hormonlara aiddir. Bəzi xəstəliklər zamanı vəzilər işləmir və hormon ifrazı dayanır, orqanizm vacib funksiyalarını itirmiş olur. Məsələn: mədəaltı vəz işləməyəndə, insulin ifraz olmur, şəkər xəstəliyi yaranır. Hipofiz işləməyəndə, boy hormonu ifraz olmur, boy balaca qalır. Belə olanda, çatışmayan hormonları müalicə şəklində qəbul etməliyik ki, çatışmazlığı aradan qaldıraq.

Bəzən isə orqanizmdə hormon normal miqdarda olsa da, bioloji aktivlikləri olmadığı üçün hormonal müalicə verilir.

Bəzi xəstəliklərdə isə hormonal müalicə yeganə müalicə üsulu olur. Əvvəlkilərdən fərqli olaraq, müasir dərmanlardakı hormonlar insan hormonlarına bənzər şəkildə hazırlanır, ona görə də düzgün diaqnozla, düzgün dozada istifadə olunduqda, fəsad vermir”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda kişilər niyə halsız, həvəsszidir? – Gizli epidemiyanın dəhşətli tərəfləri

admin

Elmi Tədqiqat: “Hətta 75 yaşında siqareti tərgitmək ömrü uzadır” – Gündə 30 və ya daha çox siqaret çəkənlər ömürlərinin ən azı 21 faizini riskə atır

redaktor

İki həftə şəkərdən imtina etdikdə, nə baş verir? – Gəlin birlikdə öyrənək!

admin