İdman

Messi ölümlə hədələndi

 

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi ölkəsində ölümlə hədələnib.

Tacxeber.com xəbər verir ki, naməlum şəxslər 36 yaşlı hücumçunun doğma şəhəri olan Rosarioda həyat yoldaşı Antonella Rokutsanın ailəsinə məxsus mağazaya 14 dəfə atəş açıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.

Onlar həmçinin divara qara kömürlə “Messi, səni gözləyirik. Pablo Yavkin (Rosario şəhərinin hazırkı meri – E.S) narkotik alverçisidir, səni xilas etməyəcək” yazıblar.

Polis hadisənin səbəblərini və həmin şəxslərin kimlyini araşdırır. Yerli hakimiyyət hesab edir ki, cinayətkarlar Messidən pul qoparmaq məqsədilə bu yola əl atıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan meydanda döyülən hakimə zəng etdi – Video

redaktor

İngiltərədə futbolçu asqırıb zədələndi – İNANILMAZ OLAY

redaktor

Dopinq qalmaqalından sonra rus model ukraynalı futbolçunu atıb getdi

redaktor